30 oktyabr 2012 14:36
Rəşad Sadıqov nə vaxt sıraya dönəcək?
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun ötən həftə Türkiyənin İstanbul şəhərində əməliyyat olunduğunu xəbər vermişdik. Azerisport.az saytına müsahibəsində o, zədəsinin hazırkı durumundan danışıb:
“Əməliyyat uğurlu oldu. Amma nə dərəcədə uğurlu olduğunu zaman göstərəcək. Mənə 4-5 həftəlik müalicə kursu yazıblar. Bundan sonra ağrı hiss etməsəm, futbola qayıda bilərəm. Hər şey qaydasında olsa, 2-3 həftəyə yüngül qaçışlara başlamağım mümkündü. Əks halda yenə Türkiyəyə qayıtmalı olacağam”.