30 oktyabr 2012 14:47
Kemal Alispahiç: Tovuza da qələbə üçün gedirik
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 11-ci turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Tovuzda oynamaq həmişə çətindi. Düzdü, biz bu oyun öncəsi ölkə çempionu “Neftçi”ni məğlub etmişik. Amma bu oyunu həmişə düşünə bilmərik. “Neftçi” ilə oyun artıq geridə qalıb. Qarşıda isə bizi “Turan”la çətin oyun gözləyir. Rəqibimiz də son turda “Qəbələ”yə qalib gəlib. Fikrimcə, “Turan” “Rəvan”a problem yarada bilər. Buna baxmayaraq, Tovuza qələbə üçün gedirik”.