30 oktyabr 2012 16:18
Neftçinin futbolçuları Elit məşq layihəsində iştirak edəcəklər
“Neftçi”nin yeniyetmə futbolçuları Elit məşq layihəsində iştirak edəcəklər. Azerisport.az xəbər veriri ki, hazırlığa 1999-cu il təvəllüdlü futbolçular cəlb olunub.
7.11.2012-ci il tarixində saat 18:00-da başlayacaq məşqə “Neftçi”nin 7 futbolçusu - Pərviz Həsənov, Pilağa Mehtiyev, Əli İbrahimzadə, Fərid Səmədov, Emin Mahmudov, Bahadur Əziyev və Şöhrət Yusifov çağırılıb. Elit məşq layihəsi Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzinin meydançasında təşkil olunacaq.
