30 oktyabr 2012 16:34
“Azərbaycan yığmasına çağırılmağıma ancaq sevinə bilərəm”
“Sumqayıt”ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 11-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə “Kəpəz”lə oyununuzdan danışaq. Gəncədəki oyunla bağlı nə deyə bilərsiz?
- Heç də adi oyun olmadı. Əvvəla rəqibimiz zəif komanda deyildi. Üstəlik, onlar evdə daha yaxşı oynayırlar. Amma biz Gəncədən 1 yox, 3 xalla da dönə bilərdik. Bizim qol vurmaq üçün imkanlarımız oldu, mən penaltini dəqiq yerinə yetirə bilmədim. Amma bu oyunda hər şeydən çətini meydançanın qazonunun vəziyyəti idi. Qazon sadəcə pis vəziyyətdə idi.

- Digər stadionlarımızda belə hallarla rastlaşmamısız?
- Mən Azərbaycanda hələ bu qədər pis meydanda görməmişdim. Heç indiyə qədər çıxış etdiyim Almaniyanın aşağı divizion klublarının stadionlarında da elə qazon yoxdu.

- Qarşıda sizi “Xəzər Lənkəran”la çətin oyun gözləyir...
- Bilirəm ki, bu, güclü komandadı, iddialıdı. Bizə çətin olacaq. Amma biz “Neftçi”yə qalib gəlmişik. Niyə də bunu lənkəranlılarla oyunda da təkrarlamayaq?
- “Sumqayıt”ın ən yaxşı oyunlarını məhz favoritlərə - “Neftçi” (3:2) və “Bakı”ya (1:0) qarşı keçirməsinin sirri nədədi?
- Bizim gənc komandamız var. Futbolçularımız qələbəyə acdılar. Hər biri özünü yaxşı tərəfdən göstərməyə çalışır. Növbəti oyunda da maksimuma nail olmaq istəyirik.

- Sizin Azərbaycan əsilli olmağınız düzdü?
Bəli, elədi. Mənim nənəm və ailəsi buralı olublar.

- Azərbaycan yığmasında oynamaq barədə düşünmürsüz?
- Düşünmüşəm. Amma təbii ki, bu, məni milliyə dəvət etmələrindən asılıdı. Mən buna ancaq sevinə bilərəm. Lakin məndə Azərbaycan pasportu yoxdu.

- Sizcə, bunun üçün nə lazımdı?
- Məni yığmaya çağırmaq baş məşqçinin istəyindən asılıdı. İndi mənim üçün komandama kömək etmək daha önəmlidi.
- “Sumqayıt”ın bu mövsümdəki ən sərrast futbolçusuna çevrilmisiz...

- Mən həmişə ən yaxşı olmağa çalışıram. Amma bilirəm ki, bundan da artığına nail ola bilərəm. Bunun üçün də çalışıram.
- Sizin “Sumqayıt”a gəlişiniz necə oldu?
- Mənimlə hələ ötən mövsüm əlaqə saxlamışdılar. Elə o dövrdən Azərbaycan klubları, yığması ilə maraqlanmağa başlamışdım. Bilirdim ki, “Sumqayıt” yeni komandadı. Burda daha çox gənc futbolçular çıxış edirlər. Zamanla biz daha yaxşı oyun sərgiləyəcəyik”.