30 oktyabr 2012 16:51
Qarabağın albaniyalı oyunçusu Türkiyədə əməliyyat olundu
Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Xəzər Lənkəran”la son oyunda almacıq sümüyü sınan “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, o, qardaş ölkədə bu gün əməliyyat olunub.
Bununla əlaqədar Albaniya millisinin müdafiəçisi daha bir neçə gün İstanbulda qalacaq. Həkimlər futbolçunun təxminən 15 gün sonra məşqlərə başlaya biləcəyini deyiblər.
