30 oktyabr 2012 17:27
Samir Abasov: Sumqaytın futbolçulara borcu var
Topaz Premyer Liqasında çıxış edən “Sumqayıt” futbol klubu maliyyə problemləri ilə üzləşib. Azerisport.az xəbər verir ki, Sumqayıt şəhərinin eyni adlı təmsilçisi futbolçularına olan borcunu ödəyə bilmir.
Bunu komandanın kapitanı Samir Abasov da təsdiqləyib. O, sözügedən məsələylə bağlı bunları dilə gətirib:
“Həqiqətən də klubun futbolçulara borcu qalır. Avqust ayında oyunçular yalnız yarım ayın pulunu almışdı. Qalan hissəsi isə hələ sual altındadı. Deyirlər ki, bu günlərdə verməlidilər. Hələ gözləyirik”.