30 oktyabr 2012 17:45
“Xəzər Lənkəranla oyunumuz daha çətin keçəcək”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 11-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. Cənublular uğursuz gedişata son qoymağı bacardılar. Düzdü, biz bəzi favoritlərə qarşı yaxşı oyun keçirmişik. Amma bu dəfə işimiz daha çətin olacaq. Hazırda XL oyununa görə daha güclüdü. Bizim heyətdə isə bəzi problemlər var. Bəzi futbolçularımızın xidmətindən yararlana bilmirik. Bəzi futbolçularımız U-19-un heyətindədi, bəziləri də zədəlidilər”.