30 oktyabr 2012 18:09
Xəzər Lənkəranın uğurlu çıxışı davam edir
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 11-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Son dövrlərdə yüksəlişdə olan “Xəzər Lənkəran” bu dəfə səfərdə “Sumqayıt”a divan tutub.
Son çempion “Neftçi” “Simurq”u minimal hesabla məğlub edib. “Turan” evdə “Rəvan”a uduzub. “Qarabağ” isə “Qəbələ” ilə ev oyunundan məğlub ayrılıb.
Əvəzedicilərin çempionatı
11-ci tur
30 oktyabr
Sumqayıt - Xəzər Lənkəran – 2:5
Qollar: Əbülfət Abbasov, 48, Nicat Muxtarov, 77 - Fərid Əsədov, 41, Kamran Abdullazadə, 59, Anar Babazadə, 69, Fuad İsmayılzadə, 83, Akif Tağıyev, 90-pen.
Neftçi – Simurq – 1:0
Qol: Cavid Muxtarzadə, 78.
Turan - Rəvan – 0:1
Qol: Ceyhun Abdullayev, 5.
Qarabağ - Qəbələ - 0:1
Qol: Rey Məmmədbəyli, 69.
1
10
10
0
0
32-8
30
