30 oktyabr 2012 20:55
Mahmud Qurbanov: Heyətlə bağlı ciddi problemlərimiz var
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 11-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Üç oyundur ki, hesabda irəlidə olduğumuz halda yekunda məğlub oluruq. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Əsas heyətin iki oyunçusu olmayanda heyəti qurmağa çətinlik çəkirik. Oyun vaxtı iki futbolçumuz zədələndi. Bu, oyun planımızı pozdu. Heyətlə bağlı ciddi problemlərimiz var, çox çalışmalıyıq. Oyunçuların çoxundan narazıyam. Məğlubiyyətə baxmayaraq ruhdan düşmürük, qarşıdakı oyunlara hazırlaşacağıq”.
