30 oktyabr 2012 22:15
“Artıq nəticə qazanmaq lazımdı”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 11-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun olacağını bilirdik. AZAL-da güclü komanda ruhu var. Çox təhlükəli hücum xəttinə malikdir. Oyunda hesabı biz açdıq, ilk hissədə də bir neçə qol imkanı əldə etdik. Rəqib bizə pressinq tətbiq edərək hücum qurmağımızı çətinləşdirdi. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm, lakin yaratdığımız qol imkanlarından faydalana bilmədik. Son ötürmələrdə daha soyuqqanlı olmaq lazımdır. Komandam oyunboyu yaxşı oynadı, lakin, bu, kifayət etmir. Artıq nəticə qazanmaq lazımdır. Üç gün sonra daha bir çətin oyunumuz var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
