30 oktyabr 2012 22:24
“Qarşımızda duran ilk vəzifə altılığa düşməkdi”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 11-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“İlk öncə komandamı təbrik edirəm. Oyunun çətin keçəcəyini bilirdik. Həmişə sürətli oyuna üstünlük vermişik, rəqib komandaya pressinq tətbiq edirik. İlk hissədə bu oyun üslübu bizdə alındı. Qapımızdan qol buraxdıqdan sonra ruhdan düşmədik. Hesabda irəli olduqdan sonra isə komanda müdafiəyə çox çəkildi. “Bakı” bundan istifadə edib bir neçə qol imkanı yaratdı. Bundan öncə “Simurq”la səfər oyunda çox güc sərf etmişdik. “Bakı” öz oyun üslübuna görə seçilir. Bugünkü oyunda hücum xəttində üç futbolçunun olması bizi təəccübləndirdi. Əzmkar qələbə qazandığımız üçün şadam, vacib üç xal əldə etdik. Yeni komanda formalaşdırırıq, qarşımızda duran ilk vəzifə “altılığa” düşməkdi. İnanıram ki, “Bakı” bu oyunu ilə tezliklə nəticə qazanacaq”.
