30 oktyabr 2012 11:08

Topaz Premyer Liqası, 11-ci tur: Asim Xudiyevin proqnozu

Azərbaycan futbolunun veteranı Asim Xudiyev azerisport.az saytı üçün Topaz Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.

İnter – Kəpəz
“İnter” çempionata çox yaxşı başlayıb. İndi də “Kəpəz”i evdə qəbul edəcək. Fikrimcə, meydan sahibləri minimal hesabla qalib gələcəklər.
 
AZAL – Bakı
Hər iki komandaya 3 xal lazımdı. AZAL Vaqif Sadıqovun rəhbərliyi altında əla futbol sərgiləyir. Onların uğurları baxımlı oyunla bağlıdı. Düzdü, son turlarda onların işi o qədər də yaxşı alınmır. Elə “Bakı” da ümidləri doğrultmur. Fikrimcə, oyun heç-heçə bitəcək.
 
Sumqayıt – Xəzər Lənkəran
Yunis Hüseynovun komandası tədricən özünə gəlir. “Qarabağ” üzərindəki qələbədən sonra onları dayandırmaq çətin olacaq. Özü də “Sumqayıt” onların dişinə görə rəqibdi. Cənublular görüşün favoritidi. Sumqayıtlılar güman ki, müdafiə olunacaqlar. Amma istənilən halda XL qalib gəlməlidi.
 
Neftçi – Simurq
Heç-heçə olacağını düşünürəm. Böyükağa Hacıyev yaxşı komanda yaradıb. Amma “Simurq”un da döyüşkən heyəti var. Buna görə də bu qarşılaşmada hansısa komandanın qələbə qazanacağını düşünmürəm. Özü də “Neftçi” bir qədər yorğundu ki, bu da oyuna təsirsiz ötüşməyəcək.
 
Turan – Rəvan
Əfqan Talıbovun gəlişindən sonra “Turan” qələbələri sıralamağa başlayıb. Onlar AZAL və “Qəbələ”ni məğlub etdilər. Fikrimcə, bu dəfə “Rəvan”ı da məğlub edə bilərlər. Amma bu dəfə heç-heçə olacağını düşünürəm.

Qarabağ – Qəbələ
“Xəzər Lənkəran”a məğlubiyyətdən sonra “Qarabağ”ın özünə gəlməsi üçün qələbəyə ehtiyacı var. “Qəbələ” də ardıcıl xallar itirir. Bu komandalar da heç-heçə edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.