30 oktyabr 2012 11:26
Rubin Neftçi ilə oyuna ciddi itki ilə gəlir
Rusiyanın “Rubin” klubu itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Kazan təmsilçisinin yarımmüdafiəçisi Pablo Orbais sıradan çıxıb.
O, Rusiya Premyer Liqasının son turunun “Anji” ilə oyununda ciddi zədə alıb. Bu üzdən də Orbais 35-ci dəqiqədə əvəzlənmişdi.
Hələlik Orbaisin nə vaxt sıraya dönəcəyi bilinmir. Amma onun qarşıdan gələn “Neftçi” ilə Bakıdakı görüşü buraxacağı dəqiqdi. Həmin görüş noyabrın 8-də baş tutacaq.
