30 oktyabr 2012 00:37
Xəzər Lənkəranın sabiq baş məşqçisi özünə yeni klub tapdı
“Xəzər Lənkəran” futbol klubunun sabiq baş məşqçisi Cüneyt Biçər özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis bundan sonra karyerasını öz vətənində – Türkiyədə davam etdirəcək.
Gənc mütəxəssis Spor Toto 2 Liqa komandalarından “Nazilli Belediyyespor”la anlaşıb. Belə ki, ötən həftə Mustava Cevizi baş məşqçilikdən qovan klub rəhbərliyi C.Biçərlə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, C.Biçər Azərbaycanda “Xəzər Lənkəran”dan əvvəl “Bakı”da da çalışmış və komandaya Azərbaycan kubokunu qazandırmışdı.
