30 oktyabr 2012 00:43
Lionel Messi Qızıl Buts aldı (FOTO)
Futbol üzrə Argentina yığmasının və İspaniyanın “Barcelona” klubunun futbolçusu Lionel Messi Avropa ölkələrinin çempionatlarında 2011-2012-ci il mövsümünün ən yaxşı bombardirinə verilən mükafata sahib çıxıb. Azerisport.az xəbər verir ki, Messi Avropa İdman Mediasının təsis etdiyi “Qızıl Buts”la Barselona şəhərində təltif olunub.
Bu, Messinin ikinci belə mükafatıdı. Mövsüm ərzində 50 qol vurmuş futbolçu keçilməz rekorda imza atıb.
