30 oktyabr 2012 12:48
Qarabağ Qəbələ ilə oyuna ciddi itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının ilk dövrəsinin sonuncu turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” artıq bu oyununun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu gün tək çalışmasına oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.
Şimallılarla oyuna “Qarabağ” itkilərlə hazırlaşır. Zədə səbəbindən son 2 oyunu buraxan Rəşad Sadıqova “Xəzər Lənkəran”la oyunda almacıq sümüyü qırılan Ansi Aqolli də qoşulub. Əfran İsmayılovun da oyun gününə yetişib-yetişməyəcəyi məlum deyil. Üstəlik, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedev də oyunu buraxmalı olacaq. “Bakı”yla oyunda zədələnən Namiq Yusifovun isə 11-ci turda meydana çıxması mümkündü. Vüqar Nadirov isə cəzasını başa vuraraq geri dönüb.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu okyabrin 31-də, saat 15:00-da mərkəzi arenada baş tutacaq.
