30 oktyabr 2012 20:51

AZAL Bakı, İnter Kəpəzlə oyunda əzmkar qələbə qazandı (YENİLƏNİB)

Bu gün futbol üzrə Topaz Premyer Liqasında 11-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
 
“İnter” “Kəpəz”lə qarşılaşıb. Görüşdə hesabı gəncəlilər açsa da, "bankirlər" sonda əzmkar qələbəyə seviniblər. Mövsümə yaxşı başlasa da, son dövrlər qələbəyə həsrət qalan AZAL isə paytaxt derbisində “Bakı” ilə qarşılaşıb. Bu görüşdə də qonaqlar hesabı açdığı halda, qələbəni meydan sahibləri bayram ediblər.
 
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək: “Sumqayıt” – “Xəzər Lənkəran”,  “Neftçi” – “Simurq”, “Turan” – “Rəvan”, “Qarabağ” – “Qəbələ”.
 
Topaz Premyer Liqası
11-ci tur
30 oktyabr (çərşənbə axşamı)
 
AZAL – BAKI - 2:1 (1:1)
Qol: L.M.Horvat, 9 (0:1), V.İbekoyi, 39 (1:1), J.Nildo, 76 (2:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Zeynal Zeynalov, Anar Salmanov.
Bakı. AZAL Arena.
 
Oyun başladı
5. Oyun qarşılıqlı hücumlarla başlayır
9. Qonaqlar künc zərbəsi vurur. Müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu Horvat tora qovuşdurur - 0:1
15. AZAL qoldan sonra daha böyük qüvvə ilə irəli atılıb
16. Meydan sahiblərinin korner vuruşu zamanı qapıçı topa sahib çıxır
24. J.Nildo əllə oyuna görə sarı vərəqə alır
30. AZAL daha iki korner qazanır: hər iki epizodda qapıçı təhlükəni uzaqlaşdırır
37. A.Ağacanov meydan sahiblərini real qoldan xilas edir
39. V.İbekoyi Patraşın cərimə meydançasına ötürməsini başla tora qovuşdurur - 1:1
43. Benuahi əlverişli mövqedən qapını dəqiq nişan ala bilmir
45. AZAL daha bir korneri boşa verir
45. İlk yarıya bir dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Hər iki komanda ikinci hissəyə hücumlarla başlayıb
51. Verpakovski Elvinin əla ötürməsini yaxın məsafədən qapıya göndərə bilmir
55. Beçerranı X.J.Vilson əvəzləyir
59. Juniorun cərimə zərbəsi yalnız komandasına korner qazandırır. Amma "Bakı" kornerdən də yararlana bilmir
62. Zədələnən A.Şoliç oyuna davam edə bilmir və onu N.Novruzov əvəzləyir
63. L.M.Horvat sarı vərəqə alır
64. AZAL təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazansa da, T.Novruzovun vuruşunda top qapıdan yan keçir
66. Ş.Əliyev də sarı vərəqə alır
69. X.J.Vilson simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
70. "Bakı"nın təhlükəli hücumu zamanı Ağacanov topu kornerə çıxarır. Korner zamanı isə İvanovun zərbəsi dəqiq olmur
74. AZAL-da Patraşı O.Səfiyaroğlu əvəzləyir
75. L.M.Horvatın əvəzində meydana İ.Karqbo çıxır
76. N.Kovaçeviçlə mübarizədə topu ələ keçirən J.Nildo rəqib qapıçıyla dueldən qalib ayrılır - 2:1
81. C.Tağıyevi T.Şahmərdanov əvəzləyir
90. AZAL qoldan sonra da üstün oyun sərgiləməyə davam edir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Nildo növbəti qol şansını boşa verir
Matç başa çatdı
 
AZAL: 1. Amil Ağacanov, 20. Branislav Arseniyeviç, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 17. Viktor İbekoyi, 28. Artur Patraş, 11. Zohair Benuahi, 16. Junior Nildo.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 15. Oskar Klyava, 10. Tərlan Xəlilov, 26. Etibar Şahmərdanov, 8. Elman Taqayev, 19. Orxan Səfiyaroğlu.
BAKI: 82. Edin Nuredinoski, 3. Denis İvanov, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 23. Maris Verpakovski, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 2. Edemir Rodriqes, 6. İbrahim Karqbo, 8. Junior Vilson, 17. Ramazan Abbasov, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov.
 
İNTER – KƏPƏZ - 3:1 (2:1)
Qollar: E.Əzizov, 6 (0:1), İ.Niasse, 38 (1:1), İ.Niasse, 45 (2:1), B.Tsxadadze, 55 (3:1).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Ramiz Əsədov, Orxan Məmmədov.
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
5. Komandalar ilk dəqiqələrdən qarşılıqlı hücumlara üstünlük verirlər
6. Levinin kobud səhvindən sonra E.Əzizov qonaqları hesabda önə keçirir - 0:1
8. Niassenin baş zərbəsini İ.Radoş tutur
12. "Kəpəz"də erkən əvəzləmə: Zədələnən E.İmaməliyevi E.Əliyev əvəzləyir
13. R.Cəfərov sarı vərəqə ilə cəzalanır
14. Qonaqların növbəti təhlükəli hücumu zamanı "bankirlər"in bəxti gətirir
20. "İnter" təzyiqi artırsa da, hələlik, təhlükəli qol vəziyyəti yarada bilmir
23. Niassenin təhlükəli zərbəsi yenə dəqiq olmur
27. "İnter" təhlükəli nöqtədən cərimə zərbəsi vurur: Əmircanovun təhlükəli zərbəsini Radoş son anda kornerə çıxarır
28. Ardınca yerinə yetirilən korner zamanı da Levinin zərbəsi dəqiq olmur
29. Feutçin cərimə zərbəsi vurur: Lomaya topa sahib çıxır
31. S.Georgiyevski sarı vərəqə alır
35. "İnter"in hücumda oyunu qətiyyən alınmır
38. Niasse nəhayət ki, komandasını məğlubiyyətdən xilas edir - 1:1
45. İ.Niasse əks-hücum zamanı komandasının ikinci qolunu vurur - 2:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Kəpəz" ikinci hissəyə daha fəal başlayıb
55. Tsxadadze "İnter"in üstünlüyünü bir qədər də artırdı - 3:1
58. "İnter"in korner vuruşu qol gətirmir
74. B.Tsxadadzeni R.Mansurov əvəzləyir
77. N.Hacıyevi A.Daşdəmirov əvəzləyir
79. Mansurovun zərbəsi qapıdan yan keçir
84. Lomaya qonaqların təhlükəli hücumu zamanı topu tutur
85. R.Cəfərovu V.Abramidze əvəzləyir
86. Əmircanovun zərbəsi qapıdan yan keçir
87. "İnter"in növbəti korner vuruşu bəhrəsiz qalır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 29. Ruslan Cəfərov.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 9. Daniel Genov, 17. Aleksandr Qross, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 77. Ramil Mansurov.
KƏPƏZ: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 3. Təbriz Hüseynli, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 18. Nikolay Svekentsev, 20. Emin Əliyev, 33. Coşqun Süleymanov.
 
1 İnter 10 5 4 1 11 5 +6 19
2 Simurq 10 5 4 1 12 4 +8 19
3 AZAL 10 4 4 2 16 10 +6 16
4 Qarabağ 10 3 5 2 12 11 +1 14
5 Turan 10 4 1 5 10 13 –3 13
6 Rəvan 10 3 3 4 10 12 –2 12
7 Neftçi 7 4 0 3 13 9 +4 12
8 XL 9 3 3 3 12 8 +4 12
9 Sumqayıt 10 3 2 5 9 17 –8 11
10 Qəbələ 10 2 4 4 9 12 –3 10
11 Bakı 9 1 6 2 8 8 0 9
12 Kəpəz 11 2 2 7 8 21 –13 8
 
Bombardirlər:
- Junior Nildo (AZAL)
5 – Xuan Manuel Varela (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Nikolas Kanales (Neftçi), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.