31 oktyabr 2012 01:04

Qarabağla Qəbələnin 19-cu dueli

Topaz Premyer Liqasının 11-ci turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, birinci dövrədəki son rəqiblə indiyədək 18 dəfə üz-üzə gələn “Qəbələ” ümumi balansda az da olsa geridədi.
 
Belə ki, 19-cu duelədək ağdamlılar 6, qəbələlilər 4 dəfə qalib gəib. Daha çox – 8 oyun isə qalibin müəyyənləşməməsi ilə başa çatıb. 18 oyundan 16-sı çempionata, 2-si isə kuboka təsadüf edib. Ötən mövsüm baş tutan kubok oyunları da bərabərliklə bitib və yalnız səfər qolu “Qarabağ”ı növbəti mərhələyə daşıyıb.
 
Cüzi üstünlüyün “Qarabağ”ın tərəfində olmasına baxmayaraq son 13 qarşılaşmada yalnız 1 dəfə ağdamlılar sevinib. Belə ki, ardıcıl 5 dəfə rəqibini udduqdan sonra Qarabağ“ çətinliklə üzləşib. Ümumi top fərqində də onların üstünlüyü o qədər böyük deyil – 21:17. Lakin son 2 matçda ağdamlılar qola da həsrətdir.
 
“Qarabağ”la matçlarda 91 futbolçu “Qəbələ”nin formasını geyib. Pavel Doroşev 12, Lyubo Baranin isə 11 dəfə bu matçların iştirakçısı olub. Onların hər ikisi bu oyunları əvəzolunmadan keçiriblər. “Qəbələ”nin bu matçlarda vurduğu 17 qola 13 oyunçu imza atıb. İndi də komandası üçün çalışan Viktor Mendi 3 dəfə ağdamlıları məyus edib. İqor Melniklə Kənan Kərimovun hesabında 2 top var.
 
Bu matçlarda 6 qapıçıya güvənən “Qəbələ”də yalnız 1 oyun keçirən Qrem Smit qol buraxmayıb. Pavel Doroşev 12 oyunda 10, Zurab Mamaladze 2 matçda 4 dəfə topu qapısında görüb. 1 oyun keçirənlərdən Xəyal Zeynalovla Cahangir Həsənzadə hərəyə 2, Nadir Şükürov 3 dəfə məyus olub.
 
Bi matçlarda “Qəbələ”nin heyətində yeganə qırmızını hesabında 4 vərəqə olan Tomaş Stolpa alıb. Pavel Doroşevlə Ürfan Abbasovun isə daha çox 3 sarı vərəqəsi var. Ümumilikdə isə “Qəbələ” 1-i qırmızı olmaqla 50 vərəqə alıb.
 
18 qarşılaşmada hakimlər 3 dəfə penalti təyin edib. Hər 3 halda son nəticədə “Qəbələ” sevinib. Tomaş Stolpa ilə Kənan Kərimov “Qarabağ”ı məyus edibsə, Pavel Doroşev rəqib futbolçu ilə dueldən qol buraxmadan ayrılmaqla azarkeşlərini sevindirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.