31 oktyabr 2012 13:18
Franko Nildo: Azərbaycan yığmasından təklif gəlsə, düşünə bilərəm
AZAL-ın hücumçusu Franko Nildo Topaz Premyer Liqasının 11-ci turunun “Bakı” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Bakı” üzərindəki əzmkar qələbə barədə nə deyə bilərsiz?
- “Bakı” güclü komandadı. Onlar bunu bizimlə oyunun ilk 15-20 dəqiqəsində də sübut etdilər. Oyunun startı onlar üçün daha yaxşı alındı. Hətta buraxılan erkən qoldan sonra konsentrasiyanı itirəcəyimizi düşünürdüm Lakin biz yaxşı oyun nümayiş etdirə və layiqli qələbə qazana bildik. Baş məşqçi bildirdi ki, mübarizəni son saniyəyə qədər davam etdirmək lazımdı. Biz də bacardığımızı nümayiş etdirməyə nail olduq.

- Demək olar ki, siz “Bakı”ya rəqibin səhvləri sayəsində qol vurdunuz?
- Futbolda səhvlər həmişə olur. Əsas bundan düzgün yararlanmaqdı. Şadam ki, mən də “Bakı”ya qol vurdum. Amma əsas hədəfim hər oyunda qol vurmaq yox, qələbə qazanmaqdı. Yəni qolu kimin vurması önəmli deyil. Əsas odu ki, komanda uğur qazansın.

- Ötən mövsüm AZAL-ı Benuahi sevindirirdi, bu mövsüm isə siz...
- Benuahi də yaxşı futbolçudu. Bu dəfə mən fərqləndim, gələn oyunda isə o da qol vura bilər. Ümumiyyətlə, bizim komandada mehriban atmosfer hökm sürür. Heyətimizdə müxtəlif ölkələrdən çoxlu legioner çıxış edir. Baş məşqçimizdən də çox şey asılıdı. Vaqif Sadıqov kollektivdə çox yaxşı atmosfer yaradıb. O, bizə hər şeyi öyrətməyə çalışır.
- Hazırda 8 qolla bombardirsiz...
- Bu siyahıya liderlik etdiyim üçün çox şadam. Amma mən qarşıma belə bir hədəf qoymamışam. Əlbəttə, istərdim ki, sonda da bombardir olaraq qalım. Lakin dediyim kimi, komandamın uğuru mənim üçün daha vacibdi. Bizim üçün hazırda əsas hədəf ilk altılığa düşməkdi. Sonrasına isə baxarıq. Ola bilsin ki, avrokuboklara düşmək barədə düşündük.
- Növbəti turda sizi “Qarabağ”la qarşılaşma gözləyir...
- “Qarabağ” güclü komandadı. Mən onların oyununu görmüşəm və bilirəm ki, bu klubda çoxlu yığma üzvü çıxış edir. Bu gün onları “Qəbələ” ilə oyun gözləyir. Bir sözlə, onları yenidən iş başında görüb, diqqətlə analiz edə biləcəyik. AZAL bu oyunda qələbəyə oynayacaq. Bizə xal itirmək olmaz. Hər bir xal qızıla bərabərdi.
- Sizcə, AZAL-ın medal qazanmaq şansı var?
- Niyə də yox? Hansı komanda medal qazanmaq, avrokuboklarda iştirak etmək istəməz? Amma biz hələ heç nəyə nail olmamışıq. Startda qazandığımız bir neçə qələbə bizim üçün heç nəyə zəmanət vermir. Eyforiyaya qapıla bilmərik. Öz futbolumuzu oynamağa davam etməliyik.

- Mətbuatda belə məlumat var ki, Berti Foqts sizinlə maraqlanır...
- Mən də bunu jurnalistlərdən eşitmişəm. Amma bu məlumatları müzakirə edə bilmərəm. Çünki mənə heç bir təklif gəlməyib.
- Bəs sizə belə bir təklif gəlsə, cavabınız nə olacaq?
- Məni hazırda klubumun çıxışı düşündürür. Gələcəkdə necə olacağını bilmirəm. Əlbəttə, təklif olsa, düşünə bilərəm. Həm də bunu Vaqif Sadıqovla müzakirə etməyim lazım gələcək. Çünki onun bu məsələyə necə münasibət bəsləyəcəyi mənim üçün vacibdi. Amma yenə deyirəm ki, mənə heç bir təklif gəlməyib və bu barədə danışmağa da dəyməz.