31 oktyabr 2012 13:47
Bojidar Bandoviç bu gün Bakı rəhbərliyi ilə görüşəcək
“Bakı” rəhbərliyi baş məşqçi Bojidar Bandoviçlə bu gün görüş keçirəcək. Azerisport.az xəbər verir ki, görüş zamanı komandanın son dövrlərdəki uğursuz çıxışı müzakirə ediləcək.
Belə ki, geridə qalan müddətdə sadəcə bir qələbəsi olan “zolaqlılar”ın çıxışı rəhbərliyi qane etmir. Ötən gün qeydə alınan AZAL məğlubiyyəti də “Bakı” rəhbərliyinin qətiyyən ürəyincə deyil.
Bu gün baş tutacaq görüşdə Bandoviçdən uğursuz çıxışa görə hesabat tələb olunacaq. Görüşün bir çox suallara aydınlıq gətirməsi gözlənilir.
