31 oktyabr 2012 14:08
Klubların mətbuat katibləri AFFA-da bir araya gəldi (FOTO)
Bu gün AFFA-nın Futbol akademiyasının konfrans zalında Topaz Premyer Liqası və I Divizionda çıxış edən klubların mətbuat katibləri üçün 2013-2014-cü il lisenziyalaşdırma mövsümünə həsr olunmuş seminar keçirilib. Azerisport.az xəbər verir ki, Lisenziyalaşdırma qrupunun Maliyyə və Kadr-İnzibati Meyarlar üzrə eksperti Bəhram Dadaşov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Firuz Qarayev və Lisenziyalaşdırma qrupunun UEFA ilə əlaqələndiricisi Anar Kazımlının iştirak etdiyi seminarda mətbuat xidmətlərinin vəzifəsi, fəaliyyəti stiqaməti, oyunlardan əvvəl və sonra mətbuat konfranslarının təşkili barədə ətraflı məlumat verilib, klub nümayəndələrinin sualları cavablandırılıb.
