1 noyabr 2012 01:57
Fransa kuboku: PSG kubokda da qarşısıalınmazdı (YENİLƏNİB)
Futbol üzrə Fransa Liqa Kubokunda 1/8 mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub mübarizə aparırdı. Onlar növbəti mərhələyə adlayacaq 8 xoşbəxtin adını müəyyənləşdiriblər.
İlk oyun günündə dörd görüş baş tutub. “Saint-Etienne”, “Troyes”, “Rennes” və “Lille” növbəti mərhələyə adlamağın sevincini yaşayıb.
Qalan dörd qalibin adına isə ikinci oyun günündə aydınlıq gəlməliydi. Lakin əlverişsiz hava şəraiti ucbatından bu görüşlərdən biri təxirə salınıb. Baş tutan görüşlərə gəlincə, "Nice" Lion "Olympique"i üzərində qələbə ilə mərhələ adlayıb. Son Fransa çempionu "Montpellier" də "Borceaux" üzərində minimal hesablı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb. PSG isə "Olympique" (Marsel) ilə prinsipial qarşılaşmada qələbəyə sevinən tərəf olub.
Fransa Liqa Kuboku
1/8 final
30 oktyabr
Sochaux - Saint-Etienne – 0:3
Monaco – Troyes – 1:2
Rennes - Arles-Avignon – 1:0
Lille – Toulouse – 1:0
31 oktyabr
Nice – Olympique (Lion) - 3:1
Montpellier - Bordeaux - 1:0
Bastia - Auxerre matçı təxirə salınıb
PSG – Olympique (Marsel) - 2:0
