1 noyabr 2012 02:15

İngiltərə kuboku: Chelsea MY-dən qisasını əzmkar qələbə ilə aldı (YENİLƏNİB)

Futbol üzrə İngiltərə Liqa Kubokunda dördüncü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub mübarizə aparırdı. Onlar növbəti mərhələyə adlayacaq 8 xoşbəxtin adını müəyyənləşdiriblər.
 
İlk oyun günündə beş görüş baş tutub. Ən maraqlı oyunlardan biri “Reading”lə “Arsenal” arasında keçirilib. Düz 12 qolun vurulduğu qarşılaşmada qapısından 5 top buraxan “Arsenal” möhtəşəm əzmkarlıq sayəsində mərhələ adlayıb. Bu komanda ilə yanaşı “Leeds”, “Middlesbrough”, “Aston Villa” və “Bradford” da növbəti mərhələyə çıxmağın sevincini yaşayıb.
 
Qalan görüşlər ikinci oyun günündə baş tutub. Ən prinsipial görüş “Chelsea” və “Manchester United” arasında keçirilib/ Cəmi bir neçə gün öncə bu komandalar arasında Premyer Liqa çərçivəsində keçirilmiş görüşdə MY səfərdə London klubuna cari mövsümdəki ilk məğlubiyyətini yaşatmışdı – 3:2. Lakin bu dəfə "Chelsea" hesabda üç dəfə geri düşdüyü oyunda möhtəşəm əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıb və növbəti mərhələyə adlayıb. “Norwich” “Tottenham”i məğlub yola salıb. “Liverpool” isə evdə “Swansea” ilə dueldən şok məğlubiyyətlə ayrılıb.
 
İngiltərə Liqa Kuboku
4-cü mərhələ
30 oktyabr
 
Leeds – Southampton – 3:0
Reading – Arsenal – 5:7
Sunderland – Middlesbrough – 0:1
Swindon - Aston Villa – 2:3
Wigan – Bradford – 0:0 (penaltilərlə 2:4)
 
31 oktyabr
 
Chelsea - Manchester United - 5:4
Norwich - Tottenham - 2:1
Liverpool - Swansea - 1:3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.