2 noyabr 2012 02:00
İspaniya kuboku: Real da ilk oyunda qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda 1/16 mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə 32 klub mübarizə aparır.
İlk oyun günündə iki görüş baş tutub. “Valencia” və “Barcelona” səfərdə qazanılan qələbə sayəsində cavab görüşü öncəsi böyük üstünlük qazanıb.
İkinci oyun günündə daha 6 görüş keçirilib. "Real" və "Atletico" kimi aparıcı klublar qələbə qazanaraq, cavab görüşünə üstün çıxmaq imkanı əldə ediblər.
Qalan görüşlər son oyun günündə keçirilib. Bütün nəticələrlə aşağıda tanış ola bilərsiz:
İspaniya kuboku
1/16 final (ilk oyunlar)
30 oktyabr
Llagostera – Valencia – 0:2
Deportivo – Barcelona – 0:3
31 oktyabr
Almeria - Celta - 2:0
Cacereno - Malaga - 3:4
Real Jaen - Atletico - 0:3
Zaragoza - Granada - 1:0
Las Palmas - Rayo Vallecano - 1:0
Alcoyano - Real - 1:4
1 noyabr
Eibar - Athletic - 0:0
Valladolid - Betis - 1:0
Melilla - Levante - 1:0
Cordoba - Real Sociedad - 2:0
Ponferradina - Getafe - 0:4
Sevilla - Espanyol - 3:1
Sporting - Osasuna - 1:0
Deportivo - Mallorca - 1:1
