31 oktyabr 2012 14:55
Neftçini Simurqla oyuna Böyükağa Hacıyev çıxaracaq
Azərbaycan çempionu “Neftçi”ni Topaz Premyer Liqasının 11-ci turunun “Simurq”la oyununa baş məşqçisi Böyükağa Hacıyev çıxaracaq. Azerisport.az xəbər verir ki, bir neçə gün öncə baş tutan “Rəvan”la oyundan sonra təcrübəli mütəxəssisin səhhətinin pisləşdiyi barədə xəbərlər yayılmışdı.
Lakin Hacıyev İsmət Qayıbov adına stadionda keçiriləcək oyundan öncə baş tutan məşqə komandasını məhz özü çıxarıb.
