31 oktyabr 2012 20:05
Neftçinin rəqibi kubokda məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Serbiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Partizan” də növbəti görüşünə çıxıb.
Belqrad klubu doğma meydanda “Borac” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma evdə keçirilsə də, "Partizan" məğlubiyyətlə üzləşib - 1:2. 12 və 21-ci dəqiqələrdə qola üzülən belqradlılar yalnız 31-ci dəqiqədə Aşkovski ilə təsəlli qoluna imza ata biliblər.
