31 oktyabr 2012 15:22
Yığmamızın Şimali İrlandiya ilə oyununun hakimləri açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər idarə edəcək.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 14-də, Belfast şəhərində keçiriləcək.
Bu oyuna təyinatlar aşağıdakı kimidi:
Baş hakim: Viktor Şvetsov
Baş hakimin köməkçiləri: Mikola Levko, Oleq Plujnik
Dördüncü hakim: Anatoli Abdula
(Hakimlər briqadası Ukraynadandı)
Hakim-inspektor: Günter Benkö (Avstriya)
Komissar: Tomas Grimm (İsveçrə)
