31 oktyabr 2012 15:38
Azərbaycan millisi Moldova ilə yoldaşlıq matçı keçirəcək
21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma noyabrın 14-də, "Orhei" stadionunda 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
