31 oktyabr 2012 17:37
Rəşad Abdullayev: Neftçini də məğlub etməliyik
“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayev Topaz Premyer Liqasının 11-ci turunun “Qarabağ”la oyununda qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:1 hesablı səfər qələbəsi barədə bunları dilə gətirib:
“Turan”a məğlubiyyətdən sonra biz özümüzə gəlmək istəyirdik. Bunun üçün isə üç xal qazanmağımız lazım idi. Şadam ki, qələbə qazandıq. Amma onu da qeyd etmək lazımdı ki, rəqib komanda hazırda qətiyyən formada deyil. Elə bizim kimi. Birinci hissədə biz öz oyunumuzu diqtə edən tərəf idik. İkinci hissədə üstünlüyü rəqibə verdik. Çünki “Qarabağ”a qol vurmaq lazım idi. Biz isə əks-hücumlarda şansımızı yoxlamağa çalışdıq”.

Rəşad Abdullayev ilk altılığa düşmək şanslarını da dəyərləndirib: “Biz ilk altılıqdakı yerimizi tapmalıyıq. Çempionatda hamı xal itirir. Ona görə də bunda qorxulu heç nə yoxdu. Növbəti turda bizi “Neftçi” ilə oyun gözləyir. Bakılıları evdə məğlub etməliyik”.