31 oktyabr 2012 17:48
Yunis Hüseynov: Bir çox qol imkanından yararlana bilmədik
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 11-ci turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox ağır oyun keçdi, “Sumqayıt” gənc bir komandadır. Bugünkü oyuna qələbə əzmi ilə çıxmışdıq. Rəqibimiz sona kimi mübarizə apardı. Bir neçə qol imkanından yararlana bilmədik. Təəsüflər olsun ki, 1 xalla kifayətlənməli olduq”.
