31 oktyabr 2012 17:56
Bernard Raab: Bir az da bəxtimiz gətirsəydi...
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 11-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Texniki ustalıq baxımından “Xəzər Lənkəran” daha üstün idi. Bir az da bəxtimiz gətirsəydi, qələbə hesabını qoruya bilərdik. Bir xal qazandığımız üçün şadam”.
