31 oktyabr 2012 18:02
Georgi Çixradze: Topa nəzarət etməyə çətinlik çəkirdik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Artıq ikinci oyundur ki, ilk hissədə zəif çıxış edirik. Oyunun əvvəlində müdafiədə səhv buraxdıq, qapımıza penalti təyin olundu. Müdafiədə daha çox oynadıq, nəinki hücumda. İlk hissədə topa nəzarət etməyə çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Bir qol vursaq da, hesabı bərabərləşdirə bilmədik. “Neftçi” çox yaxşı komandadır”.
