31 oktyabr 2012 18:07
Böyükağa Hacıyev: Getməyimi istəsələr, gedəcəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 11-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandada yorğunluq hiss olunur. “Rubin”lə oyundan öncə növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. İlk öncə “Qəbələ” ilə oyunu düşünürük. Oyun qrafikimiz sıx olsa da, əlimizdə kifayət qədər futbolçu yoxdu. Bu gün qalib gəlib 3 xalı altivimizə yazdıq. Heyətimizdə daha üç futbolçu olsaydı, Avroliqanın qrup mərhələsində problem yaşamazdıq. “Rubin”lə oyun tamam başqa səhifədi. Dincəlməyə dörd gün vaxtımız olacaq, cavab oyununu daha yaxşı oynayacağıq. Heç bir qəzetə və ya sayta istefa barədə açıqlama verməmişəm. Nə vaxt getməyimi istəsələr, gedəcəm, digər klublardan mənə təkliflər olduğunu gizlətmirəm”.
