31 oktyabr 2012 18:11
Kemal Alispahiç: Bu cür hava şəraitində oynamaq çətin idi
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının 11-ci turunun “Turan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin bosniyalı çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu cür hava şəraitində oynamaq çətin idi. “Turan”ın öncəki oyunlarını analiz etmişdik, oyuna yaxşı hazırlaşmışdıq. Yekunda 2:2 hesablı heç-heçə qeydə alındı. “Turan”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
