31 oktyabr 2012 18:14
Əfqan Talıbov: Havanın isti olması oyuna təsir etdi
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 11-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəvan” mənim üçün çox tanış komandadır. “Rəvan”a uğurlar arzu edirəm. Bu gün havanın isti olması oyuna təsir etdi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə oyun dəyişdi. İki futbolçumuz zədələndi, onları əvəzləmək məcburiyyətində qaldım. Rəqib qısa zaman kəsiyində iki qol vurdu. Hesabda geri olmağımıza baxmayaraq komanda özündə güc tapıb heç-heçə etdi”.
