31 oktyabr 2012 18:29
Ramiz Məmmədov: Biz bu gün yaxşı oynadıq
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 11-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Turan” məğlubiyyətindən sonra komandaya növbəti oyunda mütləq qələbə qazanmağın vacibliyini bildirmişdim. Futbolçular tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Biz bu gün yaxşı oynadıq. Anar Nəzirovun start heyətində meydana çıxması millinin də xeyrinə olan amildi. Kamran Ağayevin yoxluğunda onun milliyə kömək edəcəyinə inanıram. Anar Nəzirov meydanda ən yaxşılardan idi. Dieqo isə artıq çəkisini azaldıb. Yaxın günlərdə onun da heyətə dönəcəyinə inanıram”.
