31 oktyabr 2012 19:06
Qəbələ - Neftçi matçının başlama saatı açıqlandı
Futbol üzrə Azərbaycanın Topaz Premyer Liqasının 12-ci turunun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun görüşləri noyabrın 3-4-də keçiriləcək.
İlk oyun günündə iki görüş baş tutacaq. Qalan qarşılaşmalar isə ikinci oyun gününə təsadüf edəcək.
12-ci turun oyun cədvəli aşağıdakı kimidi:
Topaz Premyer Liqası
Topaz Premyer Liqası
12-ci tur
3 noyabr (şənbə)
“Kəpəz” – “Bakı”
Gəncə şəhər stadionu, 14:00
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00
4 noyabr (bazar)
“Sumqayıt” – “İnter”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 14:00
“Qarabağ” – AZAL
T.Bəhramov adına Respublika stadionu, 15:00
“Xəzər Lənkəran” – “Rəvan”
Lənkəran şəhər mərkəzi stadionu, 16:00
“Turan” – “Simurq”
Tovuz şəhər stadionu, 14:00
