31 oktyabr 2012 11:04

İki seriya qırıldı, ikisinə davam

Topaz Premyer Liqasının 11-ci turunun ilk oyun günü 4 seriya ilə əlamətdar olub. Azerisport.az xəbər verir ki, baş tutan 2 qarşılaşmada 2 seriya qırılıbsa, ikisi davam edib.
 
Mövsümün rekordu
 
Bu seriyalardan ikisi “İnter”in adı ilə bağlıdı. Bakılıların həm mövsümün, həm də klub tarixinin rekordu olan 5 oyunluq quru seriyası “Kəpəz”lə matçda qırıldı. Sonuncu dəfə avqustun 25-də “Turan”la matçda qol buraxan “İnter” 66 gündən sonra qapısında qol gördü. Qarşılaşmanın 5-ci dəqiqəsində paytaxt təmsilçisinin qapısına yol tapan Elxan Əzizov 561 dəqiqədən sonra “İnter”ə üzüntü yaşatdı.
 
Rekordun təkrarı
 
“Simurq”un 4 oyunluq quru seriyasını ötən tur qıran “İnter” Zaqatala təmsilçisinin daha bir rekorduna şərik olub. Sonuncu dəfə avqustun 10-da səfərdə “Qəbələ”yə uduzan bakılılar 8 qarşılaşmadır ki, yenilmir. Bununla da paytaxt təmsilçisi “Simurq”un ilk 8 turdakı mövsüm rekordunu təkrarlayıb. 81 gündür uduzmayan “İnter” bu 8 görüşdə 6 qələbə qazanıb və 2 heç-heçə edib. “Simurq”un 8 oyunluq məğlubiyyətsizlik seriyası isə 5 qələbə və 3 heç-heçə ilə əlamətdar olmuşdu.
 
45 gündən sonra
 
“Bakı” və AZAL arasında paytaxt derbisi 5 oyundur qələbə qazana bilməyənlərin dueli olub. Sentyabrın 16-da “Qarabağ”ı 6:2 hesabı ilə məğlub etdikdən sonra uğursuzluq zolağına düşən AZAL 45 gündən sonra qalib gəlib. AZAL bunadək son 5 qarşılaşmada 3 heç-heçə edib 2 məğlubiyyətə üzülmüşdü.
 
Antirekordun təkrarı
 
“Bakı” isə mövsümün antirekorduna şərik olub. Paytaxtın eyniadlı təmsilçisi “Qəbələ” kimi ardıcıl 6 oyunda qələbə qazanmayıb. Avqustun 26-da “Kəpəz”i 3:1 hesabı ilə məğlub edən bakılılar 65 gündür qələbə qazanmır. Bu müddətdə “Bakı” 4 heç-heçə edib və 2 dəfə uduzub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.