31 oktyabr 2012 11:26

Marçin Burhard: Neftçiyə bizimlə oyunda çox çətin olacaq

“Simurq”un yarımmüdafiəçisi Marçin Burhard azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə oyunundan, eləcə də son turun AZAL-la görüşündən (1:1) danışıb.
 
- AZAL ilə ev oyunu sizin üçün adi qarşılaşma olmadı...
- Çox çətin oyun idi. AZAL yaxşı oyun sərgilədi. Biz isə özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Ümumiyyətlə, biz birinci hissədə cari mövsümdəki ən pis oyunumuzu sərgilədik. Amma son saniyələrdə cavab qolunu vurmağı bacardıq.
 
- Yəqin ki, son saniyələrdə gələn 1 xala görə çox sevindiniz...
- Əlbəttə, uduzmadığımıza görə sevindik. Amma onu da qeyd etməliyəm ki, biz sona qədər oyunu xilas edəcəyimizə inanırdıq. Murad Səttarlı da çox gözəl qol vurdu.
 
- Qarşıda isə “Neftçi” ilə oyun var. Bu komanda barədə nə öyrənə bilmisiz?
- Mən onların oyunlarını görmüşəm və deməliyəm ki, Azərbaycanın ən yaxşı komandalarından biridi. Ümumiyyətlə, Azərbaycan klublarından yalnız “Neftçi” ilə “İnter”i tanıyıram. Bilirəm ki, “Neftçi” markadı. Bu komandanı çoxları tanıyır.
 
- Bu komanda ilə oyundakı şanslarınızı necə qiymətləndirirsiz?
- Əlbəttə, biz qələbəyə oynayacağıq. “Rəvan” göstərdi ki, onları məğlub etmək olar. Amma bizi çətin oyun gözləyir.
 
- Onların son dövrlərdə mütəmadi oyun keçirməsi yorğunluğa gətirib çıxarıb. Bunu, sizin üçün üstünlük saymaq olar?
- Bircə onu deyə bilərəm ki, bizimlə oyunda onlara da çətin olacaq.
 
- “Simurq”un hədəfləri barədə nə deyə bilərsiz?
- Bizim hədəfimiz ilk olaraq birinci altılığa düşməkdən ibarətdi. Mövsümün startı bizim üçün möhtəşəm alınıb. Fikrimcə, belə davam etsək, ilk altılığa düşməyi bacaracağıq.
 
- Polşa və Azərbaycan çempionatlarını müqayisə edə bilərsiz?
- Əlbəttə, səviyyə baxımından Azərbaycan çempionatı bir qədər geridədi. Amma sizdə indi hər şey yaxşıya doğru dəyişməkdədi. Məsələn, “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Polşada isə çox təəssüf ki, hər şey yerində sayır. Hazırda federasiyaya yeni prezident rəhbərlik edir. Məhz ona böyük ümidlər var. Mümkündü ki, bundan sonra bizdə də inkişaf olsun. Ən azı buna ümid edirik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.