31 oktyabr 2012 11:52
Neftçi Simurqu məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Topaz Premyer Liqasının 11-ci turunun “Neftçi” – “Simurq” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, respondentlərin böyük əksəriyyəti bu qarşılaşmada “Neftçi”nin qələbə qazanacağına şübhə etmir. Bu varianta sorğuya qatılanların 62 faizi (209 səs) inanır.
Respondentlərin 26 faizi (88 səs) isə “Simurq”un qalib gəlmək şansının yüksək olduğuna inanır. Yerdə qalan hissə də heç-heçə olacağı qənaətindədi.
