31 oktyabr 2012 00:11
Rəşad Sadıqov: Böhrandan çıxmağımız lazımdı
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandasının çempionatdakı son uğursuzluqlara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, komandamızın “Xəzər Lənkəran”la oyunda 0:2 hesabıyla uduzacağını gözləmirdim. Rəqibimiz son oyunlarda artırmışdı. “Qarabağ”la oyun da onlar üçün dönüş nöqtəsi idi. Əgər onlar bu görüşdə də qələbə qazanmasaydı, “Xəzər Lənkəran” üçün çempionatı bitmiş saymaq olardı. Öz oyunumuza gəlincə, komandamız layiqli müqavimət göstərdi. Sadəcə, qol vura bilmədik. Bu böhrandan çıxmağımız lazımdı. Ümid edirəm ki, “Qəbələ” ilə qarşılaşma da komandamız üçün dönüş nöqtəsi olacaq”.