31 oktyabr 2012 12:44
Xəzər Lənkəran ardıcıl 3-cü qələbə arzusunda
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 11-ci turunda “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, birinci dövrənin son turundakı rəqib indiyədək 2 dəfə lənkəranlıların qarşısına çıxıb. Hər 2 qarşılaşmada cənub təmsilçisi qalib gəlib.
Ötən mövsüm baş tutan matçlar Premyer Liqaya təsadüf edib. Həmin vaxt elitanın debütantı olan rəqib ilk matçda “Sumqayıt Şəhər”, 2-ci qarşılaşmada “Sumqayıt” adını daşıyıb. Lakin hər 2 matçda eyni sayda – 3 qol vurulub.
3 qolun vurulduğu matçların hər ikisində 3 xal qazanan “Xəzər Lənkəran”ın şərəfini bu oyunlarda 20 futbolçu qoruyub. Onlardan 7-si hər 2 matçda meydana çıxıb. Onlardan 4-ü əvəzolunmadan mübarizə aparıb.
Komandanın 5 qolunu 5 müxtəlif oyunçu vurub: Andrey Mureşan, Katalin Doman, Emeka Opara, Julius Vobay və Eder Bonfim.
