31 oktyabr 2012 18:53
Xorvatiya Azərbaycanı 7 qolla məğlub etdi (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması U-19-lar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Xorvatiya ilə üz-üzə gəlib.
Qeyd edək ki, komandamız ilk oyununda İslandiyaya 1:2 hesabıyla yenilmişdi. Gürcüstan ilə görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Lakin millimizin hələ də mərhələ adlamaq şansları qalır. Bunun üçün xorvatlar üzərində mütləq böyük hesabla qalib gəlməyimiz lazım idi. Amma təəssüf ki, komandamız hesabı açdığı görüşdə darmadağına üzülüb və növbəti mərhələyə çıxa bilməyib.
Yığmamızın yer aldığı 11-ci qrupda bu gün daha bir görüş baş tutub. Gürcüstan İslandiya ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib. Beləcə, Xorvatiya 7, Gürcüstan 4 xalla növbəti mərhələyə adlayıb. İslandiya isə yığmamızla birgə qrupda qalıb.
AÇ-nin ilkin seçmə mərhələsi
11-ci qrup
31 oktyabr
AZƏRBAYCAN – XORVATİYA - 1:7 (1:2)
Qollar: Budaqov, 12 (1:0), Kiş, 35 (1:1), İvançiç, 43 (1:2), Kiş, 65 (1:3), Kiş, 72 (1:4), Kiş, 81 (1:5), Kiş, 90 (1:6), Brlek, 90+4-pen (1:7).
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Sesvete. Xosip Radnik stadionu.
Oyun başladı
12. Cankişiyevin ötürməsini Budaqov qola çevirir - 1:0
21. İvançiçin təhlükəli zərbəsini Ə.Əliyev dəf etməyi bacarır
22. Yığmamız korner vuruşundan istəyinə çata bilmir
23. Xorvatların korner vuruşu zamanı Şimunoviçin zərbəsi qapıdan yan keçir
26. Xorvatlar daha bir korner qazanırlar: müdafiəçilərimiz diqqətli oynayırlar
27. Yusifov oyunda ilk sarı vərəqə alan futbolçu olur
32. Kiş təhlükəli zərbə ilə yadda qalsa da, qapıçımız inamlı oynayır
35. Periçin ötürməsindən sonra Kiş hesabı bərabərləşdirir - 1:1
36. Paviçiç sarı vərəqə alır
42. Xorvatlar daha bir korner vururlar: müdafiəçilərimiz diqqətlidirlər
43. Kişin ötürməsindən sonra İvançiç komandamızı məyus edir - 1:2
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Şpeharı Mişiç əvəzləyir
47. Yusifovun zərbəsi qapıdan yan keçir
50. Hasanın vuruşunda top qapıdan aralı keçir
53. Bayramov sarı vərəqə ilə cəzalanır
54. Periçin əvəzində meydana Eles çıxır
59. Kişin zərbəsi qapıdan aralı keçir
62. Şimunoviç sarı vərəqə ilə cəzalanır
65. Kiş özünün ikinci, komandasının üçüncü qolunu vurur - 1:3
69. Taşkın sarı vərəqə alır
72. Yenə Elesin ötürməsi, yenə Kişin qolu - 1:4
73. Paviçiçi Y.Mişiç əvəzləyir
74. Y.Mişiç sarı vərəqə alır
75. E.Abdullayevi Ələsgərov əvəzləyir
75. Hasan yerini İsayevə verir
76. Komandamızın korner vuruşu zamanı Cankişiyevin zərbəsini rəqib qapıçı dəf edir
78. Mişiçin zərbəsini Əliyev dəf edir
80. Kişin zərbəsi qapıdan yan keçir
81. Kiş Y.Mişiçin də ötürməsini qola çevirir - 1:5
84. Mişiçin zərbəsi qapıdan yan keçir
85. Budaqovun zərbəsi qapıdan aralı keçir
87. O.Əliyevi C.Diniyev əvəzləyir
90. Kiş daha bir qol vurur - 1:6
90+2. Kiş sarı vərəqə alır
90+3. Ə.Əliyev sarı vərəqə alır
90+4. Brlek penaltini dəqiq yerinə yetirərək, yekun nəticəni müəyyənləşdirir - 1:7
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Əyyub Əliyev, 3. Azər Salahlı, 4. Murad Musayev, 5. Samir Yusifov (k), 6. İlter Taşkın, 9. Orxan Əliyev, 10. Elşən Abdullayev, 11. Eldar Cankişiyev, 15. Fuad Bayramov, 19. Bayram Budaqov, 20. Demir Hasan.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizov, 7. Namiq Ələsgərov, 8. Kamal Mirzəyev, 13. Məqsəd İsayev, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov, 18. Coşqun Diniyev.
XORVATİYA: 1. Marko Malenika, 2. Bruno Marotti, 3. Antonio Paviç, 4. Pater Brlek, 5. Yoso Şimunoviç (k), 6. Dino Periç, 9. Tomislav Kiş, 10. Domaqoy Paviçiç, 16. Hrvoje Plum, 17. Dino Şpehar, 18. Kruno İvançiç.
Ehtiyat oyunçular: 12. İvan Filipoviç, 7. Xosip Mişiç, 11. Petar Mişiç, 13. Dino Mikanoviç, 14. Xosip Eles, 15. Mateo Kovaçiç.
