31 oktyabr 2012 00:45
Simurq Neftçi ilə oyuna hazırdı
Topaz Premyer Liqasının 11-ci turunda "Neftçi"nin qonağı olacaq "Simurq" ötən gün səhər saatlarında paytaxta təşrif buyurub. Azerisport.az xəbər verir ki, komanda günorta saatlarında qarşılaşmanın keçiriləcəyi İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda son hazırlığına çıxıb.
Bir saata yaxın davam edən məşq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra taktiki tapşırıqlar üzərində çalışıb.
Qeyd edək ki, 11-ci tura qədər liderliyini qoruyan “Simurq”un "Neftçi"ylə oyuna bu gün saat 15:00-da start götürəcək. Qarşılaşma AZTV vasitəsilə canlı yayımlanacaq. İndiyə qədər 12 dəfə paytaxt təmsilçisi ilə üz-üzə gələn "Simurq" bu oyunların yalnız birində son 2 mövsümün çempionunu məğlub edib. Üç matçda isə heç-heçə qeydə alınıb.
