1 noyabr 2012 12:58
Zaur Ramazanov: Yunis Hüseynov bunu hələ sentyabrda başa düşmüşdü
“Xəzər Lənkəran”ın sabiq məşqçisi Zaur Ramazanov azerisport.az saytına müsahibəsində baş məşqçi Yunis Hüseynovun istefasından danışıb.
- Yunis Hüseynovun “Xəzər Lənkəran”dakı karyerası niyə alınmadı?
- Bilmirəm. Bu suala yalnız o, özü cavab verə bilər. Amma mən Hüseynovun “Xəzər Lənkəran”da öz imicini korladığını düşünənlərlə razı deyiləm. Unutmaq lazım deyil ki, bu komanda ilk dəfə məhz onun rəhbərliyi altında avrokuboklarda mərhələ adladı. Onun zamanında çoxlu transferlər də olmadı. Cəmi üç oyunçu ilə müqavilə bağlandı. Hüseynovun bütün problemləri də məhz heyətə görə idi.

- Elə isə niyə heyəti gücləndirmirdilər?
- Bilmirəm. Hüseynov bir neçə dəfə demişdi ki, heyəti möhkəmləndirmək lazımdı. Amma edilmədi. Rəhbərlik onu həmişə dəstəkləyirdi. Lakin yaxşı futbolçular tapılmadı. Tapılanda da artıq gec idi.

- “Xəzər Lənkəran”ın uğursuz çıxışının əsas səbəbi məhz bu idi?
- “Xəzər Lənkəran” qeyri-sabit oyun sərgiləyir. Buna da səbəb komandada artıq futbolçuların olmasıdı. İslahatlar aparmaq lazımdı. Hətta uşaq da bilir ki, əsas heyətdə kim oynayacaq. Çünki orda rəqabət yoxdu. Legionerlər ayın sonunu gözləyirlər ki, pullarını alsınlar. Onlar neçə ildi eyni komandada çıxış etməkdən beziblər. Bu uşaqlarla heç nəyə nail olmaz. Hüseynov bunu hələ sentyabrda başa düşmüşdü.

- Hüseynovun Kamran Ağayevlə münaqişəsi bu istefada nə dərəcədə rol oynadı?
- Heç bir münaqişə yox idi. Mən Ağayevin Lənkərana qayıdandan sonra məşqi niyə tərk etdiyini bilmirəm. Amma məşqçilər korpusunun Kamranla heç bir problemi yox idi. Mənə elə gəlir ki, o, öz karyerası naminə “Xəzər Lənkəran”a qayıtmalıdı.

- Onun qapıçılarla işləyən məşqçi Hafiz Əliyevlə də problemi yox idi?
- Bilirəm ki, aralarında münaqişə var idi. Kamran demişdi ki, daha yaxşı mütəxəssislə işləmək istəyir. Guya, Hafiz daha onu yüksək səviyyədə hazırlaşdıra bilmir. Amma hamı bilir ki, Ağayev 5-6 ildə məhz onun rəhbərliyi altında məşq edirdi. Onun karyerasının uğurlu alınmasında Əliyevin rolu böyükdü.

- “Xəzər Lənkəran” hazırda Türkiyədə özünə məşqçi axtarır...
- Artıq bu məsələni klub prezidenti Mais Mənsimov həll edəcək. Komanda ağır vəziyyətdədi. Fikrimcə, əcnəbi mütəxəssis dəvət edəcəklər. Çünki Hüseynovdan sonra yerli mütəxəssislə işləmək çətin olar.