1 noyabr 2012 13:46
Foqts Rasim Ramaldanovla Rəşad Sadiqovu milliyə çağırdı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununa hazırlıq məqsədilə Azərbaycan milli komandasının noyabrın 6-dan 9-a qədər Bakıda, noyabrın 10-dan 15-dək isə Belfast şəhərində təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, məhz bu toplanışlarda iştirak edəcək futbolçuların siyahısı artıq məlumdu.
Belə ki, baş məşqçi Berti Foqts yığmamızın heyətini açıqlayıb. Almaniyalı mütəxəssis ilkin heyətə 26 futbolçunun adını daxil edib. Heyətdə bəzi sürprizlər də var. Məsələn, Foqtsun “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevə dəvət göndərməsi gözlənilsə də, o, milliyə çağırılmayıb. Ağdam klubunun digər futbolçuları - Rəşad Sadıqov, Maksim Medvedev, Əfran İsmayılov isə zədədən əziyyət çəkdiyi üçün əsas komandamıza dəvət olunmayıb. Əvəzində “Simurq”un kapitanı Rasim Ramaldanov nəhayət əsas komandamıza dəvət olunub. Foqts həmçinin “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqovla İspaniya “Elche”sinin şərəfini qoruyan Rizvan Umarovu da yığmamıza qaytarıb.
Türkiyədə çıxış edən legionerlərimizdən Cihan Özkara və Cavid Hüseynov yığmaya dəvət alıb. Əvəzində “Eskişehirspor”lu Ufuk Budaq və “Denizlispor”lu Rail Məlikov yenə millidən kənarda qalıb.
Sonda onu da qeyd edək ki, Mahir Şükürov və Rəşad Sadiqov noyabrın 9-da, Əli Gökdəmir və Cihan Özkara isə noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.
Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt), Andrey Popoviç (Turan);
Müdafiəçilər: Vladimir Levin (İnter), Bədavi Hüseynov, Maksim Medvedev, Hacı Əhmədov (hamısı “Qarabağ”), Əli Gökdemir (Hannover, Almaniya), Aqil Nəbiyev (AZAL), Ruslan Abışov (Xəzər Lənkəran), Elhad Nəziri (Milsami, Moldova), Murad Ağayev (Sumqayıt), Rasim Ramaldanov (Simurq), Mahir Şükürov (Neftçi);
Müdafiəçilər: Vladimir Levin (İnter), Bədavi Hüseynov, Maksim Medvedev, Hacı Əhmədov (hamısı “Qarabağ”), Əli Gökdemir (Hannover, Almaniya), Aqil Nəbiyev (AZAL), Ruslan Abışov (Xəzər Lənkəran), Elhad Nəziri (Milsami, Moldova), Murad Ağayev (Sumqayıt), Rasim Ramaldanov (Simurq), Mahir Şükürov (Neftçi);
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (Qəbələ), Rəşad Sadiqov (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Cavid Hüseynov (Adana Demirspor, Türkiyə), Elvin Məmmədov (Bakı), Rizvan Umarov (Elche, İspaniya), Uğur Pamuk (Sumqayıt);
Hücumçular: Branimir Subaşiç (Xəzər Lənkəran), Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (hamısı “Qarabağ”), Cihan Özkara (Erciyesspor, Türkiyə).
