1 noyabr 2012 14:06
Kəpəz Bakı ilə oyun öncəsi ilk məşqə çıxdı
“İnter”lə oyundan sonra kluba məxsus avtobusla Bakıdan ayrılan “Kəpəz” elə həmin gün gecə saatlarında Gəncəyə çatıb. Azerisport.az xəbər verir ki, bazada yol yorğunluğunu çıxararaq, dincələn komanda ötən gün saat 16:00-da məşqə çıxıb.
Hazırlıq prosesi əsasən bərpaedici xarakter daşıyıb. Baş məşqçi Mahmud Qurbanov yetirmələrini çox da yormayaraq, 1 saatlıq məşq keçib.
Qeyd edək ki, “Kəpəz” növbəti turda “Bakı”nı qəbul edəcək.
