1 noyabr 2012 14:28
Sumqayıtda möhtəşəm stadion kompleksi yaradılır
Artıq 2 aydır ki, Sumqayıtın əsas idman arenası – Mehdi Hüseynzadə adına şəhər stadionu əsaslı təmirə başlanılıb. Azerisport.az xəbər verir ki, böyük həcmli yenidənqurma işlərinə 50-dək işçi qüvvəsi cəlb olunub.
Stadionun direktoru Rizvan Rəsulov bildirib ki, kompleksdə əlavə olaraq daha 3 meydança tikiləcək. Bundan əlavə “Sumqayıt” futbol klubunun akademiyası açılacaq. Mərkəzi arenada tamaşaçı tutumu 15 min nəfərə çatdırılacaq.
Rizan Rəsulov onu da bildirib ki, perspektivdə ölkəmizin Gürcüstan ilə birgə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyi reallaşarsa, oturacaqların sayı 30 minə də çatdırıla bilər.
Bu möhtəşəm layihənin 2-3 ilə başa çatdırılacağı, şəhər stadion kompleksinin tam istifadəyə veriləcəyi nəzərdə tutulur. (Azertac)
