1 noyabr 2012 15:41
Millimiz İsveçə də böyük hesabla uduzdu (YENİLƏNİB)
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması futbol üzrə Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın U-17 millisi bu dəfə İsveçlə qarşılaşıb.
Sissi Raytın yetirmələri seçmə mərhələdəki ilk matçını Avstriyaya qarşı keçirmişdi və 1:4 hesabıyla uduzmuşdu. İsveç isə ilk oyununda Xorvatiyaya divan tutmuşdu – 9:0. Bu qarşılaşma da İsveçin inamlı qələbəsiylə başa çatıb.
Bu gün 6-cı qrup çərçivəsində daha bir görüş keçiriləcək. Yığmamızın digər rəqibləri – Avstriya ilə Xorvatiya üz-üzə gələcək.
AÇ-nin ilkin seçmə mərhələsi
6-cı qrup
1 noyabr
İSVEÇ – AZƏRBAYCAN - 7:1 (3:1)
Qollar: Andersson, 11-pen (1:0), Hallin, 27 (2:0), Ohlsson, 30 (3:0), M.Sarıaltın, 32 (3:1), Blakstenyus, 49 (4:1), Oskarsson, 59 (5:1), Oskarsson, 63 (6:1), Hallin, 68 (7:1)
Baş hakim: İrina Tereşenko (Rusiya).
Lindabrunn. “Lindabrunn” stadionu.
Oyun başladı
3. Əliyevanın zərbəsi qapıdan yan keçir
6. Oskarssonun zərbəsini Şərifova dəf edə bilir
9. Kanerid təhlükəli zərbə ilə yadda qalsa da, Şərifova yenə yerindədi
10. Yığmamız kornerdən yaxşı istifadə etmi
11. Nəsirova cərimə meydançasında Oskarssona qarşı kobudluq etdiyi üçün penaltiyə səbəb olur
11. Penaltini dəqiqə yerinə yetirən Andersson hesabı açır - 1:0
14. Anderssonun növbəti qolu vurmasına Şərifova mane olur
19. Blakstenyusun zərbəsini Şərifova dəf edir
21. Oskarssonun vuruşunda top Şərifovada qalır
27. Hallin hesab arasındakı fərqi artırır - 2:0
28. Anderssonun zərbəsini qapıçımız dəf edir
30. Ohlsson hesabı darmadağın həddinə çatdırır - 3:0
32. M.Sarıaltın buraxılan qollardan birinin əvəzini ıxır - 3:1
36. Rəqib komandada Blakstenyus sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. Ohlssonu Qrabus əvəzləyir
43. Kaneridin zərbəsini Şərifova kornerə çıxarır. Korner zamanı hər şey komandamız üçün yaxşı bitir
49. Blakstenyus da qol vurur - 4:1
53. Hallinin zərbəsi qapıdan yan keçir
55. Yığmamızın heyətində Yigin yerini Hacıyevaya verir
59. Oskarsson komandamızı növbəti dəfə meydanın mərkəzinə dəvət edir - 5:1
63. Oskarsson özünün ikinci, komandasının altıncı qoluna imza atır - 6:1
64. İsveçin heyətində Blakstenyusu Karlsson əvəzləyir
68. Hallin də fərqlənir - 7:1
71. Millimizdə Alimovanı Z.Məmmədova əvəzləyir
73. Anderssonu isə De Yonq əvəzləyir
79. Məhsimovanı Qasımova əvəzləyir
