1 noyabr 2012 14:35
Tuyqun Nadirov: Heç kim Yunis Hüseynovu istefaya göndərməyə hazırlaşmırdı
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində Yunis Hüseynovun istefasından danışıb.
- Dünən keçirdiyiniz klubdaxili iclasdan öncə baş məşqçinin istefaya göndəriləcəyi bəlli idi?
- Xeyr. İclas hesabat xarakteri daşıyırdı. Biz bütövlükdə çempionatın ilk dövrəsini, geridə qalan 11 turu müzakirə etdik.

- Bəs Yunis Hüseynovun istefaya göndərilməsinin təşəbbüskarı kim oldu?
- Biz toplantının yekununa əsasən belə qərar qəbul etdik. Bu, sadəcə “Sumqayıt”la oyuna görə atılan addım deyildi. Sadəcə, komandanın hazırda qərarlaşdığı mövqe nə baş məşqçini, nə də rəhbərliyi qane edir. Həm də Hüseynovu heç kim istefaya göndərməyə hazırlaşmırdı.

- Onu kimin əvəzləyəcəyi nə vaxt açıqlanacaq?
- Hələlik komandanı Emin Quliyevlə Kapilya çalışdıracaq. 12-ci turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddətdə biz öz namizədlərimizi müəyyənləşdirəcəyik. Yeni baş məşqçimizin yerli və ya əcnəbi olacağını indidən deyə bilmərəm. Biz elə bir məşqçi tapmalıyıq ki, komandanı bu çətin vəziyyətdən çıxarsın.

- Deyilənə görə, komanda ya Cevat Gülərə, ya da Metin Diyadinə tapşırılacaq...
- Bunlar absurd fikirlərdi. Kimlərinsə uydurmasıdı. Biz onların heç biri ilə əlaqə saxlamamışıq, danışıqlar da aparmamışıq.